AZ

Əlisəmid Kür niyə reanimasiyadan çıxarılmır? - Qızı danışdı

Tanınmış şair Əlisəmid Kürün səhhətində yaranan problemlərlə bağlı xəstəxanaya yerləşdirilməsindən bir neçə gün keçir.

Modern.az saytı onun vəziyyəti barədə yeni məlumat əldə etmək üçün qızı ilə əlaqə saxlayıb.

Şairin qızı bildirib ki, atası hazırda reanimasiya şöbəsində müalicə alır.

“Atam hazırda reanimasiyadadır, vəziyyəti orta-stabildir. Dostlarından Umud Mirzəyev onu ziyarət edir və səhhəti ilə yaxından maraqlanır. Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın müşaviri də bizimlə əlaqə saxlayır. Onların dəstəyi ilə atam özəl xəstəxanadan dövlət xəstəxanasına köçürülüb. Atamın dostları daim zəng edir, maraqlanırlar, lakin reanimasiya olduğuna görə yanına adam buraxılmır. Həkimlər isə əllərindən gələni edirlər”, – deyə o bildirib.

Qızının sözlərinə görə, Əlisəmid Kürün müxtəlif orqanlarına gedən damarlarında tıxanıqlıq yaranıb.

“Ümumilikdə, atamın qaraciyər və böyrəklərində də problemlər var”, – deyə o əlavə edib.

Xatırladaq ki, Əlisəmid Kür səhhətində yaranan problem səbəbiylə sentyabrın 15-idə Respublika Diaqnostika Mərkəzinə yerləşdirilib.

Əlisəmid Kür 74 yaşındadır. O, 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub.

Seçilən
28
1
modern.az

2Mənbələr