AZ

Putin ən yaxın dostunu vəzifədən QOVDU

Vətəninfo.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Dmitri Kozakı Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsindən azad edib.

Müvafiq fərman dövlət başçısı tərəfindən imzalanıb. Rusiya mətbuatının yaydığı məlumata görə, sənəddə “Dmitri Nikolayeviç Kozak Rusiya Federasiyası Prezidentinin Administrasiyası rəhbərinin müavini vəzifəsindən azad edilsin” – deyə qeyd olunub.

Qeyd edək ki, daha əvvəl Kozakın Ukrayna müharibəsinə qarşı çıxması səbəbindən Putinlə ciddi fikir ayrılığı yaşadığı barədə xəbərlər yayılmışdı. Onun biznes sahəsinə keçəcəyi də ehtimal olunur.

Lakin əsas versiyaya görə, Dmitri Kozak Kreml rəhbərinin birbaşa göstərişi ilə postunu tərk edib.

Seçilən
16
1
veteninfo.az

2Mənbələr