AZ

Xəzər rayonunda mal-qara və tikinti materialları oğurlanıb

Paytaxtın Xəzər rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxslər zərərçəkənin yaşadığı evin həyətindən 17000 manat dəyərində mal-qara oğurlayıblar.

Məlumatı DİN mətbuat xidməti verib.  

Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı N.Novruzov və 21 yaşlı H.Vəlizadə saxlanılıblar. 

 İdarənin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı isə Binə qəsəbə sakininə məxsus evdən 781 manat dəyərində təmir-tikinti materialları oğurlamaqda şübhəli bilinən, əvvəllər dələduzluq əməlinə görə məhkum olunmuş 26 yaşlı H.İsazadə də tutulub.

 Hər iki fakt üzrə araşdırmalar aparılır.

P.Əmircanov
XQ

Seçilən
15
19
xalqqazeti.az

10Mənbələr