AZ

Azərbaycan Ümumdünya Poçt İttifaqının şuralarına üzv seçilib

Azərbaycan Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci Konqresi çərçivəsində təşkilatın iki əsas qərarverici orqanı – Administrativ Şura və Poçt Əməliyyatları Şurasına üzv seçilib.Metbuat.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən və ÜPİ-nin ali orqanı sayılan bu Konqresdə Azərbaycan tarixdə ilk dəfə eyni anda hər iki ali orqana üzvlük hüququ qazanıb.Bu mühüm hadisə Azərbaycanın beynəlxalq poçt sistemində artan nüfuzunun, texnoloji inkişafa verdiyi töhfənin və qurumlararası əməkdaşlıqların nəticəsidir.Azərbaycan bundan sonra ÜPİ-nin idarəçiliyində birbaşa iştirak edəcək, təşkilatın strategiya, idarəetmə və büdcə məsələlərinə dair qərarların qəbulunda söz sahibi olacaq. Bu, ölkəmizə qlobal poçt sisteminin formalaşmasında və idarə edilməsində aktiv rol oynamaq imkanı verir.Ölkəmiz beynəlxalq poçt xidmətlərinin hüquqi və texniki əsaslarını müəyyən edən "ÜPİ Konvensiyası" və digər normativ sənədlərin hazırlanması və dəyişdirilməsi prosesində də iştirak edəcək. Bu da poçt xidmətlərinin standartları, təhlükəsizlik qaydaları və yeni rəqəmsal xidmətlərin formalaşmasında Azərbaycanın mövqeyini ifadə etməyə şərait yaradacaq.Eyni zamanda Azərbaycan ÜPİ-nin büdcəsinin təsdiq olunması və icrasına nəzarətdə iştirak edəcək.Azərbaycan beynəlxalq poçt və logistika sisteminə təsir göstərən nüfuzlu bir oyunçu kimi tanınacaq, bu isə ölkəmizin digər beynəlxalq danışıqlarda da mövqelərinin güclənməsinə töhfə verəcək.Bundan əlavə, ölkəmiz ÜPİ çərçivəsində öz təşəbbüslərini irəli sürmək imkanına malik olacaq.Azərbaycanın bu orqanlarda iştirakı 2025 – 2029-cu illəri əhatə edən dördillik dövr üçün nəzərdə tutulub. Bu müddət ərzində ölkəmiz təşkilat daxilində qəbul olunan bütün əsas qərarların müzakirəsində və səsverməsində iştirak edəcək.Bu üzvlük sadəcə nüfuzlu bir status deyil, Azərbaycanın qlobal poçt sisteminin idarəçiliyində aktiv iştirakını təmin edən mühüm bir platformadır. Bu həm də ölkənin logistika və e-ticarət sahəsindəki milli maraqlarının beynəlxalq səviyyədə müdafiəsi baxımından strateji əhəmiyyət daşıyır.



Seçilən
34
17
metbuat.az

10Mənbələr