AZ

Zaur Ramazanov: “Təkcə böyükhesablı məğlubiyyət olmasın” - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq futbolçusu Zaur Ramazanovun Sport24.az-a müsahibəsində yığmamızın DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə səfər matçı barədə fikirlərini bölüşüb. O, həmçinin "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi növbəti oyunlardan da bəhs edib.

Həmin müsahibəni təqdim edirik:

- Tezliklə yığma komandanın yeni baş məşqçisi bəlli olacaq. Sizcə, bu posta kim gətirilməlidir?

- Bunu illərdir deyirik. Milli ancaq yerli mütəxəssisə tapşırılmalıdır. Kim gətirilirsə, ancaq azərbaycanlı baş məşqçi olsun. Hamımız əcnəbilərlə də yaxşı nəticə əldə edə bilmədiyimizi görmüşük.

- Sizin milli komandada görmək istədiyiniz hansısa yerli mütəxəssis varmı?

- Hazırda kiminsə adını çəkə bilmərəm. Ölkəmizdə baş məşqçi azdır? Pro kateqoriyasına malik 50 mütəxəssis var.

- Komandanı DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə səfər matçı gözləyir. Sizcə, böyükhesablı məğlubiyyətdən qaça biləcəyik?

- Vallah nə deyim. Çox çətin və ağır olacaq. Bu səfərdə nəsə edə biləcəyimizə inanmıram. Təkcə böyükhesablı məğlubiyyət olmasın. Yenə də komandaya uğurlar arzulayıram.

- "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazandı. Bu barədə nə deyə bilərsiniz?

- Tarixi nəticədir. Artıq Avropada "Qarabağ"a hörmət bəsləyirlər. Komanda da bizi sevindirə-sevindirə gedir. Bu nailiyyətlərin ardı gəlsin.

- Sizcə, "Benfika"nı məğlub edəndən sonra növbəti mərhələ haqqında düşünmək olmazmı?

- Məncə, "Qarabağ"ın bunun üçün yetəri qədər təcrübəsi də var. Komanda Avropa Liqasında 1/8 final mərhələsində də oynayıb. Düşünürəm ki, qarşıdakı 7 matçda da xallar əldə olunacaq. Onların pley-offa yüksələcəyini gözləyirəm. Niyə də olmasın?

İdman.biz

Seçilən
30
1
idman.biz

2Mənbələr