AZ

Respublika Uşaq Kitabxanasında Milli Musiqi Günü qeyd olunub

ain.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan musiqi mədəniyyətinin banisi, dünya şöhrətli bəstəkar, dirijor, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyovun doğum günü münasibətilə Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirin əsas məqsədi uşaqlara və yeniyetmələrə Üzeyir Hacıbəyovun zəngin irsini tanıtmaq, Azərbaycan milli musiqi mədəniyyətini təbliğ etmək və musiqiyə olan marağı artırmaq olub.Tədbirdə Üzeyir Hacıbəyovun həyat və yaradıcılığına dair sənədli film və Şuşa şəhərində yerləşən ev-muzeyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Videoçarxda dahi bəstəkarın həyatı, yaradıcılığı və ev-muzeyində qorunan eksponatlar haqqında ətraflı məlumat təqdim olunub.Həmçinin kitabxanada Milli Musiqi Günü münasibətilə təşkil olunmuş tematik kitab sərgisində Azərbaycan musiqi sənətinə töhfə vermiş görkəmli bəstəkar və musiqiçilərin həyat və yaradıcılığına dair nəşrlər nümayiş etdirilib.

Xüsusilə Üzeyir Hacıbəyovun irsinə həsr olunmuş kitablar sərginin əsas hissəsini təşkil edib.Tədbir çərçivəsində 1976-cı ildə bəstəkarın xatirəsinə çəkilmiş sənədli film də nümayiş olunub. Qeyd edək ki, tədbir gənc ifaçıların çıxışı ilə davam edib.

Kolumbiyada yeni insan növü aşkarlandı

"Qarabağ" bizə sübut etdi ki... - Döyüş meydanından yaşıl meydanlara gedən yol

"Başa düşdük, sənin başın daşa dəyib, icazə ver..." - Nadirdən Kəramətə SƏRT CAVAB

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
kulis.az

1Mənbələr