AZ

ABŞ Polşaya silah satacaq

ABŞ Dövlət Departamenti Polşaya 780 milyon dollarlıq "Javelin" tank əleyhinə raketlərin satışına razılıq verib.

"Cebheinfo.az" xəbər verir ki, Pentaqona bağlı Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyinin Konqresə təqdim etdiyi bildirişə əsasən, ABŞ hökuməti Polşaya yeni silah satışına icazə verib.

Qeyd olunub ki, Dövlət Departamenti ümumi dəyəri 780 milyon dollar olan 2 min 506 ədəd "Javelin" tank əleyhinə raketlər və 253 buraxılış qurğusunun Polşaya satışına təsdiq verib.

Bu satışın Polşanın müdafiəsini gücləndirəcəyi vurğulanıb.

Seçilən
4
cebheinfo.az

1Mənbələr