AZ

Leyla Camal: “Bu bizim faciəmizdir”

Gənc ifaçı Leyla Camal bu dəfə aparıcılara irad bildirib.

Adalet.az bildirir ki, o, nitqi səlis olmayan, ifaları düzgün olmayan müğənnilərin efirdə görünməyi aparıcıların günahıdır:
“Mənşəyi bilinməyən geyimlər, düzgün ifa olunmayan mahnılar, normal həyat tərzi olmayan insanlar efirdə olmamalıdır. Heç nə bilməyib, amma özünü hər şey bilirmiş kimi göstərmək – bu bizim faciəmizdir. Bizim lüğətimizdə olmayan sözləri dilinə gətirib danışan, ana dilimizi normal bilməyən adamlar bütün günü efirlərdədir. Bu niyə belədir?! Baxırsan ki danışıq və savad yox dərəcəsindədir. Amma sənə meydan oxumaq istəyir.  Belə müğənniləri efirdə görəndə o dəqiqə kanalı çevirirəm”.

Əntiqə

Seçilən
4
1
adalet.az

2Mənbələr