AZ

Afaq Bəşirqızı ilə “saqqız” qalmaqalından danışdı

Olay.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Afaq Bəşirqızı ilə “saqqız” qalmaqalından danışdı

Əməkdar artist Almaz Ələsgərova Xalq artisti Afaq Bəşirqızı ilə qalmaqalına münasibət bildirib.

OLAY yazır ki, bu barədə sənətçi “Öz aramızda” verilişində danışıb.  Sənətçi məsələdən çox danışmaq istəməyib:

“İstəməzdim bu söhbəti gündəmə gətirim. Olan oldu, keçən keçdi. Allah canını sağ eləsin. Biz eyni teatrda çalışırıq, bu yaxında “Şöhrət” ordeni aldı, təbrik edirəm”.

Qeyd edək ki, qalmaqal  səbəb isə A.Ələsgərovanın iclasda saqqız çeynəməsi olub.

A.Bəşirqızı iclas iştirakçılarından birinin saqqız çeynədiyini eşidib. İddiaya görə, aktrisanın əsəbləri buna dözməyib və ucadan “bu qələti edən kimdir?” deyə, iştirakçılara səslənib. Bu zaman A.Ələsgərova “qələti sən özün edirsən” cavabını verib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
50
2
olay.az

2Mənbələr