AZ

Lənkəran rayonu, Girdəni çay üzərindəki körpü yenidən qurulacaq

“Mövcud Ələt–Astara–İran İslam Respublikası dövlət sərhədi (M3) avtomobil yolu üzərində iki körpünün yenidən qurulması layihəsi” çərçivəsində aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, yolun 197-ci kilometrində yerləşən Girdəni çay üzərindəki körpü 20 sentyabr 2025-ci il səhər saat 09:00-dan etibarən tikinti işləri başa çatanadək nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq bağlanacaqdır.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Bu səbəbdən sürücülərdən və vətəndaşlardan xahiş olunur ki, hərəkətlərini təmin etmək üçün alternativ yol istiqamətindən – Lənkəran şəhəri Heydər Əliyev prospektindən istifadə etsinlər.

Yaranacaq müvəqqəti narahatlığa görə üzr istəyir, göstərdiyiniz anlayışa görə təşəkkür edirik.

Seçilən
18
13
operativmedia.az

10Mənbələr