AZ

Fironun 3000 illik bilərziyi oğurlanaraq əridilib

Misirdə bir muzeydən oğurlanan Fironun 3000 illik qızıl qolbağının tarixi zərgərlər bazarındakı emalatxanada əridildiyi məlum olub.

Misirin Turizm və Qədim Əsərlər Nazirliyi qolbaqın təxminən eramızdan əvvəl 1000-ci illərdə hökmranlıq etmiş Kral Amenemopeyə aid olduğunu açıqlasa da, lapis lazulidən hazırlanmış sferik muncuqların yer aldığı artefakt sentyabrın 9-da yoxa çıxıb.

İtkidən sonra artefaktları laboratoriyada tədqiq etmək üçün xüsusi komissiya yaradılıb və bilərziyin fotoşəkilləri ölkənin hava limanlarında, limanlarında və quru sərhəd keçid məntəqələrindəki bölmələrə göndərilib.

Cinayət zəncirinin üstü açıldı

Araşdırmalar zamanı məlum olub ki, bilərzik muzeydə işləyən bərpaçı ekspert tərəfindən oğurlanıb.

Milli.Az CNN International-a istinadən bildirir ki, mütəxəssis əvvəlcə qolbaqı gümüş satıcısına satıb. Artefakt daha sonra Qahirənin tarixi zərgərlər bazarında emalatxana sahibinə keçdi, o da onu qızıl əritmə zavoduna verdi. Məlum olub ki, bilərzik orada digər əşyalarla birlikdə əridilib yenidən düzəldilib.

Şübhəlilər nəzarətə götürülüb və satışdan əldə edilən təqribən 194.000 Misir funtu (təxminən 4.000 ABŞ dolları) məbləğində vəsait ələ keçirilib.

Seçilən
35
kommersant.az

1Mənbələr