AZ

Nərimanov rayonunda "20 sentyabr - Dövlət Suverenliyi Günü"nü qeyd edilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "20 sentyabr - Dövlət Suverenliyi Günü"nə həsr edilmiş tədbir keçirilib.
Rayon rəhbərliyi, Milli Məclisin deputatları, ziyalıların və gənclərin iştirak etdiyi tədbirdə Dövlət Suverenliyi gününün əhəmiyyətindən, müasir dövlətçiliyimizin möhkəmlənməsində həlledici rolundan danışılıb.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Azərbaycan Respublikası Milli məclisinin deputatları və digər natiqlər çıxış edərək bildiriblər ki, dövlət suverenliyimizin tam bərpası ölkə başçısının dəmir siyasi iradəsinin və qətiyyətli liderliyinin nəticəsidir. Onlar beynəlxalq hüququn və beynəlxalq təşkilatların böhranının müşahidə edildiyi bir dövrdə, ölkəmizə tarixi zəfərlərə imza atmış və artıq adını Azərbaycan tarixinə əbədi həkk etmiş Müzəffər Ali Baş Komandan kimi güclü bir şəxsiyyətin və dahi siyasətçinin rəhbərlik etməsi xalqımız üçün böyük xoşbəxtlik və sonsuz qürur olduğunu vurğulayıblar.
Tədbir incəsənət xadimlərinin çıxışları ilə davam edib.
Seçilən
41
50
oxu.az

10Mənbələr