Valyuta.az xəbər verir ki, bu statusun müəyyənləşdirilməsi zamanı bir sıra elmi meyarlara əsaslandırılıb. Bunlara "Scopus" bazasında indekslənmiş məqalələrin sayı, Q1–Q3 kateqoriyalı jurnallarda nəşrlər, H-indeksi və beynəlxalq həmmüəllifliklə yazılmış məqalələrin sayı daxildir.
Yeni status qazanan müəllimlər 2–3 dəfə artıq əməkhaqqı alacaqlar. Belə ki, tam ştatla çalışan professorların maaşı 4280-6420 manat təşkil edəcək.
"Tədqiqatçı müəllim” statusuna layiq görülən əməkdaşlar:
Aysel Aslanlı – Kimya üzrə fəlsəfə doktoru (Lomonosov MDU). Son 5 ildə Scopus bazasında 26 məqaləsi çap olunub, H-indeksi 12-dir. Məqalələrin 22-si Q1 kateqoriyalı jurnallarda yer alıb. 31 yaşlı tədqiqatçı universitetdə aqro-kimya istiqamətinin inkişafına töhfə verəcək.
Dünya Babanlı – Kimya üzrə elmlər doktoru, dosent. Son 5 ildə 56 məqaləsi Scopus bazasında çap olunub, H-indeksi 14-dür. Strasburq Universitetinin professorları ilə birgə yazılmış beynəlxalq həmmüəlliflikli elmi işləri var.
Araz Əliyev – Riyaziyyat üzrə elmlər doktoru, professor. Son 5 ildə Scopus bazasında 22 məqaləsi, H-indeksi isə 8-dir. ADNSU-nun kafedra müdirlərindən biridir.
Lətafət Qardaşova – Texnika üzrə elmlər doktoru, professor. 21 məqalə və 10 H-indeksə malikdir. Qeyri-səlis məntiq, sistemli analiz və süni intellekt sahəsində doktorantlara rəhbərlik edir.
Vüsalə Cəfərova – Fizika üzrə elmlər doktoru. 23 məqalə və 7 H-indeksə malikdir.
Oleq Hüseynov – Texnika elmləri doktoru. Son 5 ildə 19 məqaləsi var, H-indeksi isə 20-dir.
Sevda Rzayeva – Fizika üzrə fəlsəfə doktoru, dosent. 10 məqaləsi var və H-indeksi 64-dür.
Elnur Oruclu – Kimya üzrə fəlsəfə doktoru. 39 məqalə və 10 H-indeksə sahibdir.
10Mənbələr
-
demokrat.azBu müəllimlər 6000 manatdan çox maaş alacaqlar ( 21514879)
-
news365.azBu müəllimlər 6000 manatdan çox maaş alacaqlar ( 21514726)
-
redaktor.azTədqiqatçı müəllimlər müəyyən olundu Onlara 6420 manatadək maaş VERİLƏCƏK ( 21514285)
-
redaktor.azTədqiqatçı müəllimlər müəyyən olundu –Onlara 6420 manatadək maaş VERİLƏCƏK ( 21514198)
-
busaat.azBu müəllimlər 6000 manatdan çox maaş alacaqlar ( 21513934)
-
bakivaxti.azBu müəllimlər 6000 manatdan çox maaş alacaqlar ( 21513913)
-
gundem.azBu müəllimlər 6000 manatdan çox maaş alacaqlar ( 21513400)
-
konkret.azBu müəllimlər 6 mindən çox maaş alacaqlar ( 21512641)
-
moderator.azBu müəllimlər 6000 manatdan çox maaş alacaqlar ( 21512029)
-
hit.azBu müəllimlər 6000 manatdan çox maaş alacaqlar ( 21511174)