AZ

Belarus Çexiya diplomatını ölkədən çıxarır

Belarus Çexiya diplomatı Tomas Krılı “persona non-qrata” elan edib. O, 72 saat ərzində ölkəni tərk etməlidir.

"Operativ Məlumat Mərkəzi-OMM" “Belta”ya istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu gün Çexiyanın Belarusdakı diplomatik nümayəndəliyinin müvəqqəti rəhbəri Tomas Krıl Xarici İşlər Nazirliyinə çağırılıb. Qarşılıq tədbiri olaraq Çexiya diplomatı “persona non-qrata” elan edilib və o, 72 saat ərzində Belarus ərazisini tərk etməlidir”, – nazirliyin məlumatında bildirib.

Xatırladaq ki, sentyabrın 8-də Çexiya Belarus diplomatını xüsusi xidmət orqanlarına casusluqda ittiham edərək onu “persona non-qrata” elan edib.

Seçilən
26
3
operativmm.az

4Mənbələr