AZ

Türkiyədə meşə yanğınlarında ölənlərə şəhid statusu veriləcək

Türkiyədə meşə yanğınlarında həlak olan şəxslər şəhid hesab ediləcəklər.

Xezerxeber.az  xəbər verir ki, bununla bağlı "Resmi Gazete"də "Meşə yanğınları ilə mübarizəyə qoşulan könüllülər haqqında Nizamnamədə dəyişiklik edilməsi barədə qərar" dərc olunub.

Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib ki, Əsasnaməyə könüllü anlayışı ilə yanaşı, "meşə yanğını könüllüsü" və "digər könüllü" anlayışları da əlavə edilib.

"Beləliklə, meşə yanğını könüllüləri ilə yanaşı AFAD (Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi), "Qızıl Aypara" kimi təşkilatların könüllüləri, eləcə də mülki vətəndaşların təşkil etdiyi digər könüllülər də 1 yanvar 2025-ci ildən etibarən qanunla verilən hüquqlardan yararlanacaqlar. Bu dəyişikliklə meşə işçilərimizə, meşə könüllülərimizə, həmçinin, bu il yanğınların söndürülməsi zamanı həyatını itirən digər könüllülərə və vətəndaşlara rəsmi olaraq şəhid statusu verilib", - deyə nazir vurğulayıb.

Qərar dərc olunduğu gündən qüvvəyə minib.

Seçilən
38
1
xezerxeber.az

2Mənbələr