Arıqlamaq və sağlamlıq üçün yaşıl çay içənlərin sayı kifayət qədər çoxdur.
News365.az Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna istinadla xəbər verir ki, çayın faydası həm miqdardan, həm də içilmə vaxtından asılıdır.
Araşdırmaya görə, yağ yığılmasının qarşısını almaq üçün çayı yeməkdən əvvəl və sonra, arıqlamaq məqsədilə yatmazdan 30 dəqiqə əvvəl, ödəmi azaltmaq üçün isə gündə 2-3 fincan içmək məqsədəuyğundur.
Mütəxəssislər isə vurğulayır ki, hər hansı rejimi tətbiq etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir.
News365.az