AZ

Reşford: “Komandamızın keyfiyyəti məni daha da ruhlandırır”

futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Barselona”nın futbolçusu Markus Reşford Çempionlar Liqasında “Nyukasl”a qalib gəldikləri oyunu şərh edib.

Futbolpress.az BBC-yə istinadən xəbər verir ki, 2:0 hesabıyla bitən matçda dubl edən ingilis hücumçu bunları deyib:

“Möhtəşəm gün idi. Mümkün qədər çox qələbə qazanmaq istəyirik. Azarkeşlərimizin bizdən tələbi budur.

“Nyukasl” səfəri çətindir. Birinci hissədə ehtiyatlı oynadıq, onların bizi hər an cəzalandırmaq potensialında olduğunu bilirdik. Fasilədən sonra üstünlüyü ələ aldıq. Onların qapıçılarını tanıyıram və bilirdim ki, uzaqdan zərbələri çıxarmaqda çətinlik çəkir. Epizod yaranan kimi bir az düşündüm və qapıya vurdum.

Həvəsliyəm və qətiyyətliyəm. Komandamızın keyfiyyəti məni daha da ruhlandırır. Belə futbolçularla birlikdə oynamaq xoşdur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
futbolpress.az

1Mənbələr