Meksikada həkimlər uşağın qulağından xərçəng çıxarıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Uşağın anası bildirib ki, oğlu dənizdə çimdikdən qısa müddət sonra qulağında narahatlıq hiss edib. O, dərhal oğlunu tibb mərkəzinə aparıb.
Müayinə zamanı həkimlər uşağın qulağında balaca xərçəng aşkar ediblər. Onlar xüsusi alətlərlə xərçəngi çıxarıblar.
Qeyd olunub ki, xərçəng canlı imiş və çıxarıldıqdan sonra qaçmağa başlayıb.
Belə hallar nadir olsa da, həkimlər bildirib ki, dünyada insan bədənində canlı orqanizmlərin aşkarlanması ilə bağlı oxşar hadisələr mütəmadi qeydə alınır.
Mina Mikayılova