AZ

Hibrid və elektromobillərlə bağlı güzəştlər uzadılacaq?

“Təcrübəyə söykənərək onu vurğulamaq istərdim ki, plug-in hibrid maşınlar əksər hallarda yalnız taksi parklarının sayını doldurur. Hazırda Bakıda bu növ nəqliyyat vasitələri kifayət qədər var. Tıxacların qarşısını almaqdan ötəri, qismən də olsa həmin plug-in hibridlərlə bağlı tətbiq olunan qanunun sərtləşdirməyin tərəfdarıyam”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov deyib. O bildirib ki, elektrik avtomobillərlə bağlı güzəşt müddəti şərti olaraq, 3 il yox, 5-6 ilə qaldırılsa, daha məqsədyönlü olar:

“Təcrübəyə söykənərək onu vurğulamaq istərdim ki, plug-in hibrid maşınlar əksər hallarda yalnız taksi parklarının sayını doldurur. Hazırda Bakıda bu növ nəqliyyat vasitələri kifayət qədər var. Tıxacların qarşısını almaqdan ötəri, qismən də olsa həmin plug-in hibridlərlə bağlı tətbiq olunan qanunun sərtləşdirməyin tərəfdarıyam. Ancaq elektrik avtomobillərinə gəldikdə, onlarla bağlı güzəşt müddətini şərti olaraq, 3 il yox, 5-6 ilə qaldırılsa, daha məqsədyönlü olar”.

Ekspert vurğulayıb ki, könüllü utilizasiya üçün avtomobil sahiblərinə edilən ödənişlər artırılmalıdır:

“Utilizasiyaya gəlincə, dövlət tərəfindən elə bir məvacib verilməlidir ki, köhnə nəqliyyat vasitəsinin sahibinin özü marağında olsun ki, artıq istismara yararsız olan nəqliyyat vasitəsini aparıb təhvil verərək, özünə yeni avtomobil əldə etsin. Bu olmayana qədər, regionlarda heç kim könüllü utilizasiyaya müsbət yanaşmayacaq. Əsas məsələ bundan ibarətdir. Aydın məsələdir ki, ekologiyanı nəzərə alaraq, hibrid, plug-in hibrid və elektriklə çalışan avtomobillərə güzəşt tətbiq olunmalıdır. Amma ümumilikdə avtoparkı yeniləmək üçün qarşı tərəfə kifayət qədər məvacib ödəməlidir ki, qarşı tərəfə maraqlı olsun”.

Qeyd edək ki, Milli Məclisdə elektrik və hibrid avtomobillərin Azərbaycana idxalına güzəştlərin tətbiqinin uzadılması təklif olunur.

Seçilən
28
5
konkret.az

6Mənbələr