AZ

Belarusdan QƏRAR - çexiyalı diplomat "persona non-qrata" elan edildi


Çexiyanın Belarusdakı diplomatı Tomaş Krıl "arzuolunmaz şəxs ("persona non-qrata") elan edilib və 72 saat ərzində ölkəni tərk etməlidir. BELTA-nın xəbərinə görə, bu barədə Belarus Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ruslan Varankov jurnalistlərə bildirib. SİTAT: "Bu gün Çexiyanın Belarusdakı diplomatik missiyasının rəhbərinin səlahiyyətlərini icra edən Tomaş Krıl XİN-ə çağırılıb. Onun "persona non-qrata" elan edildiyi və 72 saat ərzində Belarus ərazisini tərk etməli olduğu bildirilib", - o qeyd edib.

Mətləb Salahov

Seçilən
36
baki-xeber.com

1Mənbələr