AZ

Cəbrayılın Soltanlı kəndində təmir işlərinə 114 milyon manat xərclənəcək

BAKI, 19 sentyabr. TELEQRAF

Cəbrayıl rayonunun Soltanlı kəndində yaşayış evləri və qeyri-yaşayış obyektləri təmir ediləcək.

Teleqraf xəbər verir ki, layihə çərçivəsində sahədaxili və xarici mühəndis kommunikasiya sistemləri (su, kanalizasiya, rabitə şəbəkəsi, elektrik təchizatı və qaz xətti), həmçinin yol və səkilərin yaşıllaşdırma və abadlıq işləri həyata keçiriləcək. Bu işlərə 114 milyon 499 min 593 manat vəsait xərclənəcək.

Layihənin icrasını "KESZ Group Azerbaijan" MMC və "19 Saylı Tikinti Təmir İdarəsi" MMC birgə həyata keçirəcək.

Qeyd edək ki, "KESZ Group Azerbaijan" MMC-nin nizamnamə kapitalı 50 min manatdır və qanuni təmsilçisi Otto Izso-dur.

Nizamnamə kapitalı 890min manat olan "19 Saylı Tikinti Təmir İdarəsi" MMC-nin qanuni təmsilçisi isə Aslanov Loğman Fərəc oğludur.

Məlumat üçün bildirək ki, müvafiq işlər “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında bərpa, tikinti və idarəetmə xidməti” publik hüquqi şəxsi tərəfindən nəzarət olunacaq.

Seçilən
4
teleqraf.com

1Mənbələr