Meksikada həkimlər nadir hallardan biri ilə qarşılaşıb: bir uşağın qulağından canlı xərçəng çıxarılıb.
News365.az xəbər verir ki, "Daily Mail"in məlumatına görə, hadisə dənizdə çimdikdən sonra qulağında narahatlıq hiss edən uşaqda baş verib. Valideyn dərhal övladını tibb mərkəzinə aparıb.
Müayinə zamanı həkimlər uşağın qulağında kiçik xərçəng aşkarlayıblar. Xüsusi alətlər vasitəsilə çıxarılan xərçəngin canlı olduğu və çıxarıldıqdan sonra hərəkət etməyə başladığı bildirilib.
Həkimlər qeyd ediblər ki, bu tip hallar çox nadirdir, amma belə situasiyalar dünya təcrübəsində də qeydə alınıb.
News365.az