AZ

ABŞ-də ICE-yə 10 minədək yeni əməkdaş tələb olunur – ÖZƏL

ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizə Xidməti (ICE) qeyri-qanuni miqrasiya ilə mübarizə çərçivəsində əlavə 10 mindən çox əməkdaş cəlb etməyi planlaşdırır. 

Olaylar.az xəbər verir ki, bu barədə The Washington Post hökumətdəki mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, ICE hazırda bütün ştatlarda yeni işçilərin yerləşdirilməsi üçün təxminən 300 bina axtarır. ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem bildirib ki, xidmətə artıq 150 mindən çox müraciət daxil olub, onlardan ilkin olaraq 18 min nəfər seçilib. Açıq mənbələrə əsasən, hazırda ICE-də 22 minə yaxın əməkdaş çalışır.

Hazırda ABŞ ərazisində ICE-nin idarəçiliyi altında 200-dən çox miqrantların müvəqqəti saxlanma mərkəzi fəaliyyət göstərir. Prezident Donald Tramp 4 iyulda dövlət xərcləri haqqında qanunu imzalayıb ki, bu da saxlanma xidmətlərinin genişləndirilməsi üçün 45 milyard dollar vəsaitin ayrılmasını nəzərdə tutur.

Tramp dəfələrlə immiqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib. O, prezident kimi fəaliyyətə başladığı ilk günlərdə Meksika ilə sərhəddə fövqəladə vəziyyət rejimi elan etmiş və ABŞ tarixində ən böyük deportasiya əməliyyatını həyata keçirməyi planlaşdırdığını bəyan etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr