AZ

Əliyev Azərbaycanın milli maraqlarını qlobal səviyyədə müdafiə edir - Hüseynova

Azərbaycan Prezidenti İlham Əliyev ölkənin milli maraqlarını yalnız daxili siyasətdə deyil, beynəlxalq arenada da qətiyyətlə müdafiə edir. Bu fikirləri Milli Məclisin deputatı Hicran Hüseynova "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən Dövlət Suverenliyi Gününə həsr olunmuş konfransda çıxışı zamanı səsləndirib.

Deputatın sözlərinə görə, bəzi beynəlxalq dairələr Azərbaycanın qlobal siyasətdə milli mövqedən çıxış etməsini paradoksal qiymətləndirsə də, müasir dünyada qarşılıqlı asılılıq bu yanaşmanı zəruri edir

“Prezident Əliyev mehriban qonşuluq və əməkdaşlıq mühitinin formalaşmasına töhfə verir. Azərbaycanın gələcəyi bu siyasi kursun davamı ilə təmin olunacaq", – Hüseynova bildirib.

Azərbaycan son illərdə regionda sülh, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin inkişafı sahəsində təşəbbüskar mövqe tutub. Prezident İlham Əliyev sentyabrın əvvəlində BMT, Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində çıxışlarında da ölkənin milli maraqlarını beynəlxalq hüquqa əsaslanaraq müdafiə edib.

Gülnar Nazimqızı

Seçilən
15
1
anews.az

2Mənbələr