AZ

Azərbaycanın humanist mövqeyi- ÖZƏL

"Azərbaycanın hərbi əməliyyatlarında daim humanist yanaşma üstünlük təşkil edib. 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı da bu baxımdan diqqətəlayiqdir. Azərbaycan yalnız legitim hərbi hədəfləri vurdu, mülki əhali qorundu və onlara humanitar dəhlizlər açıldı.Əməliyyatın başlanmasına səbəb Ermənistan silahlı qüvvələrinin törətdiyi terror aktları idi. Mülki şəxslərin və hərbi qulluqçuların şəhid olması dövlətimizi qəti addımlar atmağa məcbur etdi. Lakin Azərbaycan Ordusu əməliyyatı apararkən mülki əhalini hədəfə almadı. Bu, dövlətimizin humanist siyasətinin bariz göstəricisi idi". "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının 22 saylı ərazi partiya təşkilatının sədri Gülnar Qurbanova deyib: "Əməliyyatın gedişində yaşayış məntəqələrində yaşayan ermənilərə müraciət edilərək, hərbi obyektlərdən uzaq durmaları tövsiyə olundu. Eyni zamanda, qadınlar, uşaqlar və yaşlılar üçün humanitar dəhlizlər yaradıldı. Bu, beynəlxalq humanitar hüquqa hörmətin göstəricisi idi.
Prezident İlham Əliyev dəfələrlə vurğuladı ki, Azərbaycan mülki əhaliyə qarşı heç bir hərbi əməliyyat həyata keçirmir. Onun əmri ilə yalnız hərbi obyektlər hədəf alındı. Bu, beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirildi.Düşmən qısa müddətdə müqavimət göstərə bilmədi. Onlarla texnika və yüzlərlə silah-sursat qənimət götürüldü. Separatçı rejim isə məcburiyyət qarşısında təslim oldu. Bu, həm hərbi, həm də siyasi qələbə idi.
Əməliyyatın humanist xarakteri göstərdi ki, Azərbaycan təkcə güc deyil, həm də ədalət və humanizmlə hərəkət edir. Bu, dövlətimizin beynəlxalq nüfuzunu daha da artırdı.20 sentyabr 2023-cü il Dövlət Suverenliyi Günü kimi tarixə düşdü. Bu gün Azərbaycanın həm gücünün, həm də humanist mövqeyinin təntənəsi oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
olaylar.az

1Mənbələr