Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun fəxri professoru Əliyev Zaur Bilal oğlunun Azərbaycan və ingilsi dillərində “ Dini-etnik ekstremizm ocağı: Erməni kilsəsi və ermənilik” kitabı nəşr edilib.
Kitab “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin “Ermənistan dövlətinin terror siyasəti adlı layihəsi çərçivəsində Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitunun Elmi Şurasının qərarı ilə çap edilib. Layihə rəhbəri, Ceyran Əzizova-dır
Kitab nadir arxiv sənədləri, əlyazmalar, dünya alimlərinin əsərləri və erməni müəlliflərinin etirafları ilə zəngindir. Kitabda istinad edilən mənbələrlə sübut edilir ki, ermənilərin bəşəriyyətə, insanlığa qarşı cinayət hadisəsi törətməsində ən böyük iştirak edənlər ermənilərin “din xadimləri” olmuşlar. Onlar öz məqsədlərini həyata keçirmək üçün insanların allah evi kimi tanıdıqları kilsələrdən, məbədlərdən istifadə etmişlər. Kitabda qeyd edilən zəngin mənbələr təsdiq edir ki, Erməni kilsəsi bir tərəfdən erməniləri dünyaya məzlum görkəmdə tanıtmağa səy göstərir, digər tərəfdən başqa dövlətlərə qarşı ərazi iddialarının irəli sürülməsinin, türk-müsəlman əhalisinə qarşı qanlı terror aktlarının həyata keçirilməsinin təşəbbüskarı kimi çıxış edir. Erməniçiliyin faşizmi təbliğ edən tezisləri də erməni katolikosları tərəfindən hazırlanır.
Erməni kilsəsinin Azərbaycana və Türkiyəyə qarşı dini-etnik ekstremizmi təşkil etməsinə, terrorizmə maddi və mənəvi dəstək verməsinə dair saysız-hesabsız faktlar mövcuddur. Erməni katolikoslarının həmişə dini-etnik şovinizmi təbliğ etməsi regionda sülhün və sabitliyin təmin olunmasına maneçilik törətmişdir ki, bu vəziyyət indi də davam edir.
Kitabda ilk xristianların ermənilər olmadığı, onların tarixi yalanları, tezisləri və saxta tarixçiləri ciddi mənbələr ilə ifşa edilir və sübut edilir ki, ermənilərin dünyaya yaydıqları tarixi məlumatlar uydurma və istinadı olmayan tezislərdir. Kitab geniş oxucu kütləsi və erməni tarixini araşdıran tədqiqatçılar üçün nəzərdə tutulub.
10Mənbələr
-
baki-xeber.com“Dini-etnik ekstremizm ocağı: Erməni kilsəsi və ermənilik” kitabı Azərbaycan və İngilis dillərində nəşr edildi ( 21519247)
-
axar.azAlimimizin erməni kilsəsi ilə bağlı kitabı nəşr edildi ( 21518821)
-
axar.azAlimimizin erməni kilsəsi ilə bağlı kitabı nəşr edildi ( 21518632)
-
demokrat.azZaur Əliyevin“ Dini-etnik ekstremizm ocağı: Erməni kilsəsi və ermənilik” kitabı Azərbaycan və İngilis dillərində nəşr edilib ( 21516304)
-
globalinfo.azAzərbaycanlı alimin erməni yalanlarını ifşa edən kitabı çıxdı ( 21515776)
-
cebheinfo.az“Dini-etnik ekstremizm ocağı: Erməni kilsəsi və ermənilik” kitabı iki dildə çap olunub ( 21515269)
-
qaynarinfo.azZaur Əliyevin yeni kitabı Azərbaycan və ingilsi dillərində nəşr edildi ( 21514492)
-
milliyol.azZaur Əliyevin yeni kitabı Azərbaycan və ingilsi dillərində nəşr edildi ( 21514396)
-
hit.azZaur Əliyevin yeni kitabı Azərbaycan və ingilsi dillərində nəşr edildi ( 21514438)
-
newscenter.az“ Dini etnik ekstremizm ocağı: Erməni kilsəsi və ermənilik” kitabı Azərbaycan və İngilis dillərində nəşr edildi ( 21513766)