AZ

Trampın qızı türk milyonçunun yaxtasında

ABŞ-ın prezidenti Donald Trampın qızı Tiffani Tramp və həyat yoldaşı Maykl Bulos yay tətilini Aralıq dənizində, türk iş adamı Ercüment Bayeganın “Phoenix 2” adlı super yaxtasında keçirib. Cütlük, həmçinin yunan enerji maqnatı İoannis Papalekasın “Magna Grecia” adlı gəmisində də vaxt keçirib. ABŞ mətbuatının yazdığına görə, bu lüks tətil onlara heç bir xərcə başa gəlməyib.

News365.az xəbər verir ki,  Nyu-York Taymsın bildirdiyinə görə bu səyahət sadəcə əyləncə məqsədi daşımayıb. Tiffani Trampın həyat yoldaşı Maykl Bulosun atası, Tramp ailəsinin yaxın dostu Massad Bulos eyni vaxtda Liviyada mühüm görüşlər keçirib. Onun neftlə zəngin ölkədə infrastruktur layihələri və dondurulmuş Liviya fondlarının açılması ilə bağlı danışıqlar apardığı iddia olunur.

ABŞ mediası yazır ki, bu proses Vaşinqtonun Şimali Afrikadakı maraqları ilə Türkiyə və Yunanıstan iş adamlarının enerji planlarını birləşdirə bilər. Bu səbəbdən Tiffani Trampın türk milyarderin yaxtasından yunan iş adamının gəmisinə keçməsi təsadüf hesab edilmir.

Massad Bulos isə görüşlərlə bağlı təfərrüatları açıqlamasa da, ABŞ diplomatlarının da iştirak etdiyini təsdiqləyib. İndi əsas sual odur: Liviyada mümkün ABŞ sərmayələri Türkiyə və Yunanıstan arasında necə bölüşdürüləcək?

Seçilən
13
news365.az

1Mənbələr