AZ

Sankt-Peterburqda banan yüklü gəmidə 20 mlrd. rubl dəyərində kokain aşkarlanıb

Sankt-Peterburq limanında Ekvadordan gəlmiş banan yüklü gəmidə 1,5 tondan çox çəkidə kokain aşkar edilərək müsadirə olunub.

APA xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Məlumata görə, xarici tərəfdaşlardan daxil olan məlumat əsasında “Cool Emerald” adlı gəmidəki konteyner yoxlanılıb. Nəticədə konteynerdə 1500 ədəd briketdə qablaşdırılmış, xalis çəkisi 1515 kiloqram olan kokain aşkarlanıb.

FTX bildirir ki, müsadirə edilən narkotik vasitələrin qara bazardakı dəyəri 20 milyard rubldan çoxdur.

Hazırda narkotiklərin dövriyyəsində iştirak edən şəxslərin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir.

Seçilən
69
3
apa.az

5Mənbələr