AZ

Elməddin Behbud: “Azərbaycan gəncləri arasında suverenlik və vətənpərvərlik maarifləndirilməsinə ciddi ehtiyac var”

Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud QHT.az-a açıqlamasında bildirib ki, Azərbaycanın dövlət müstəqilliyini XX əsrin ikinci yarısında bərpa etmə prosesi, Birinci və İkinci Qarabağ müharibələri, eləcə də 2023-cü ilin 19–20 sentyabr antiterror əməliyyatları ilə bağlı gənc nəsil arasında maarifləndirmə işlərinə xüsusi diqqət ayrılmalıdır.

Onun sözlərinə görə, dünyanın aparıcı dövlətləri hər zaman öz tarixi qələbələrini nəsildən-nəslə ötürür, vətənpərvərlik ruhunu gücləndirirlər:

“ABŞ-da, Rusiyada, Çində və digər ölkələrdə gənclərə daim dövlətin ərazi bütövlüyünün qorunmasının əhəmiyyəti təbliğ olunur. Azərbaycanda da xüsusilə İkinci Qarabağ müharibəsinin nəticələrinin ciddi şəkildə təhlili aparılmalı və əldə olunan böyük qələbənin əhəmiyyəti bütün nəsillərə aşılanmalıdır.”

Elməddin Behbud əlavə edib ki, bu prosesdə qeyri-hökumət təşkilatlarının, xüsusilə gənclər təşkilatlarının üzərinə mühüm vəzifələr düşür:

“Onlar dövlət siyasətinə dəstək verməli, gənclərdə vətənpərvərlik hisslərinin güclənməsinə töhfə verməlidirlər.”

Ardı var...

 

Pərvanə Fərhadqızı

Seçilən
52
qht.az

1Mənbələr