AZ

Belarus Xarici İşlər Nazirliyi çex diplomatını persona non-qrata elan edib

Çexiyanın Minskdəki səfirliyinin müşaviri Tomas Kryl Belarusda persona non-qrata elan edilib.

Bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, bu təşəbbüs Çexiyanın müşavir rütbəsinə malik Belarus diplomatını ölkədən çıxarmaq qərarına cavab olub. Xarici İşlər Nazirliyi əlavə edib ki, bu qərar həm də “Çexiya hakimiyyətinin Belarusa qarşı illərlə inkişaf etdirdiyi qərəzli münasibət”lə bağlı olub.

"Cavab olaraq, çex diplomatı persona non qrata elan edilib və 72 saat ərzində Belarusu tərk etmək əmri verilib", - Belarus Xarici İşlər Nazirliyinin saytında deyilir.

Seçilən
50
aznews.az

1Mənbələr