AZ

Formula 2 üzrə Azərbaycan Qran-Prisində sıralama turuna start verilib

Formula
Bakıda Formula 2 üzrə Azərbaycan Qran-Prisində sıralama turuna start verilib. 1news.az-ın məlumatına görə, hazırda paytaxtda keçirilən Formula 2 yarışında 11 komanda güclərini sınayır. Pilotlar sıralama turunda ən yaxşı mövqeləri tutaraq sabahkı əsas yarış üçün start düzülüşündə üstünlük qazanmağa çalışırlar.
Sıralama turundan əvvəl baş tutan sərbəst yürüş sessiyasında ən yaxşı nəticəyə “Rodin” komandasının irlandiyalı pilotu Dunne Aleks imza atıb. O, Bakı Şəhər Halqasında sürətli dövrə zamanı yüksək peşəkarlıq nümayiş etdirərək rəqiblərini geridə qoyub. Qeyd edək ki, bu gün, sentyabrın 19-da saat 16:00-da Formula 1 üzrə Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş sessiyası keçiriləcək.

Hər iki seriyada komandalar və pilotlar həm texniki baxımdan, həm də trasla uyğunlaşma baxımından vacib mərhələlərdən keçirlər.

Seçilən
56
1news.az

1Mənbələr