Bakı, 19 sentyabr, AZƏRTAC
Mövcud Ələt–Astara–İran İslam Respublikası dövlət sərhədi (M3) avtomobil yolu üzərində iki körpünün yenidən qurulması layihəsi” çərçivəsində aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, yolun 197-ci kilometrində yerləşən Girdəni çayı üzərindəki körpü sentyabrın 20-si səhər saat 09:00-dan etibarən tikinti işləri başa çatanadək nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq bağlanacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Bu səbəbdən sürücülərdən və vətəndaşlardan hərəkətlərini təmin etmək üçün alternativ yol istiqamətindən – Lənkəran şəhəri, Heydər Əliyev prospektindən istifadə etmələri xahiş olunur.