Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Oğlum çox mərd idi. O, ata-anasını yox, Vətəni seçdi".
Bu sözləri Baku TV-yə müsahibəsində antiterror əməliyyatı zamanı şəhid olan Qərib Qasımovun anası Almaz Qasımova söyləyib.
Oğlunun Vətən sevgisindən danışan ananın sözlərinə görə, Qərib şəhid general-mayor Polad Həşimovun ölümündən sonra Qarabağa getmək arzusunda olub:
"Polad Həşimov şəhid olandan sonra dedi ki, o boyda generalımızı vurdular, mən Qarabağa getməliyəm. Dostlarının şəhid olması da ona həmişə çox pis təsir edirdi".
Şəhidin atası Şahbaz Qasımov isə oğlunun şəhidlik zirvəsinə ucalmazdan öncə qurduğu ailə planlarından danışıb:
"Dörd qızım var. Hamıya deyirdim ki, gəlinimi qızlarımdan ayırmayacağam, öz balam kimi sevəcəyəm. Bir qızı bəyənmişdik, qız evi Qəribin şəklini görəndə oğluma vuruldu. Qızın valideynləri dedilər ki, belə bir oğlana qız verməmək olar?! Biz də Qəribə zəng edib dedik ki, fürsət olan kimi qızı görməyə gəl. Bir-iki günə gəlməli idi, amma antiterror tədbirləri başladı və sentyabrın 19-dan 20-nə keçən gecə şəhid oldu. Özünə maşın almışdı ki, gəlini bu maşınla gətirəcəyəm. Biz isə bəy maşınını bəzəyib onun tabutunu qarşılamağa getdik".
Ətraflı süjetdə:
Şəhid Qərib Qasımovun atası: "Bəy maşınını bəzəyib onun tabutunu qarşılamağa getdik"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.