AZ

Bir "Formula-1" bolidi neçə milyon dollardır?

2025-ci ilin hesablamalarına görə, bir "Formula-1" bolidinin dəyəri 12-20 milyon ABŞ dolları arasında dəyişir.

İdman.biz xəbər verir ki, orta qiymət təxminən 16 milyon dollardır.

Ən bahalı detal isə hibrid güc qurğusudur – mühərrik və enerji bərpa sistemləri ümumi xərcin böyük payını təşkil edir.

Bununla yanaşı, idmanda büdcə məhdudiyyəti də mövcuddur. 2025 mövsümündə komandaların ümumi xərcləri üçün limit 140,4 milyon dollar səviyyəsində saxlanılıb. Güc qurğuları istehsalçıları üçün isə illik məbləğ 95 milyon dollardır. 2026-cı ildən bu məbləğ 130 milyon olacaq.

Şassi, aerodinamik qanadlar, sükan, karbon-əyləc sistemi və digər komponentlər ayrı-ayrılıqda on minlərlə, bəzən yüz minlərlə dollara başa gəlir. Bütün bu xərclər toplandıqda yekun məbləğ təxminən 18 milyon dollara çatır. Üstəlik, bu rəqəmə sürücü maaşı, logistika və mövsüm ərzindəki təkmilləşdirmələr daxil deyil.

Qeyd edək ki, “Formula-1”də sürət ucuz başa gəlmir. Yalnız bolidin özü on milyonlarla dollar olmaqla, digər xərclər isə komandanın büdcə limitləri daxilində ayrıca hesablanır.

İdman.biz

Seçilən
41
idman.biz

1Mənbələr