AZ

Monika Belluççi Tim Burtondan ayrılıb

Aktrisa Monika Belluççi rejissor Tim Burtondan ayrılıb.

Editor.az xəbər verir ki, ulduzlar qərarlarını AFP xəbər agentliyinə verdiyi açıqlamada açıq elan ediblər.

Jurnalistlərə açıqlama verən keçmiş cütlük “Böyük hörmət və qarşılıqlı sevgi ilə yollarımızı ayırmağa qərar verdik”,- deyib.

Xatırladaq ki, Belluççi və Burton iki il birlikdə olub. Onların romantikaları ilk dəfə 2023-cü ilin martında, Fransanın Paris Match qəzetinin üz qabığında ulduzların tanış olduqları fotoları dərc etdikdən sonra ortaya çıxıb. Aktrisa iyunun sonunda Elle France jurnalına verdiyi uzun müsahibədə rejissorla münasibətini təsdiqləyib. O, Belluççiyə sevgisini açıq elan edib.

Burton ilə münasibətindən əvvəl Bellucci iki dəfə evlənib: fotoqraf Klaudio Karlos Basso və aktyor Vincent Kassellə. Bu arada rejissorun rəqqasə və model Liza Mari ilə, daha sonra isə aktrisa Helena Bonham Karterlə 13 illik münasibəti olub.

Aktrisanın Kasseldən iki övladı var: 21 yaşlı Deva və 15 yaşlı Leoni. Cütlük təxminən 14 il evləndi və 2013-cü ildə heç bir mübahisə və ya ictimaiyyətə açıqlama vermədən boşanıb. Ulduz qızlarının atalarının yanına getməsinə heç vaxt mane olmayıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
23
editor.az

1Mənbələr