AZ

“Qarabağ”ın əsas oyunçusundan pis xəbər: Uzun müddət yaşıl meydanlardan uzaq düşəcək

BAKI, 19 sentyabr. TELEQRAF
“Marko Yankoviçin zədəsi ilə bağlı ilkin dəyərləndirmə belə idi ki, bu, əzələ spazmasıdır. Yəni “Benfika” ilə oyunda belə bir ehtimal vardı. Sonradan MRT müayinəsi zədənin daha ciddi olduğunu üzə çıxartdı”.

Bu sözləri Teleqraf-a açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.

Klub rəsmisi UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyanın “Benfika” klubuna qarşı keçirilən səfər oyununda zədələnən yarımmüdafiəçinin durumuna aydınlıq gətirildiyini bildirib: “Müayinədən sonra müəyyənləşdi ki, dördbaşlı əzələnin gərilməsi diaqnozudur. Markonun sağalaraq komandaya qayıtması təxminən 6 həftə çəkəcək. Yəni uzun müddət meydanlardan uzaq qalacaq”.

Seçilən
17
1
teleqraf.com

2Mənbələr