AZ

“Bunlar İtaliya istehsalı silah və sursat deyil”

İtaliyanın şimal-şərqində yerləşən Ravenna şəhərində İsrailə partlayıcı maddə daşıyan konteynerlərin göndərilməsi dayandırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Ravenna Limanındakı işçilərin xəbərdarlığından sonra Ravenna Bələdiyyəsi və Emilia-Romagna Regional İdarəsi hərəkətə keçərək İsrailin Hayfa Limanına partlayıcı daşıdığı bildirilən iki konteynerin çıxışına mane olub.

Ravenna şəhərinin meri Alessandro Barattoni isə mərkəzi hökumətə müraciət edərək İsrailə silah göndərilməsinin dayandırılmasını tələb edib.

İtaliyanın Baş nazir müavini və Xarici işlər naziri Antonio Tajani, bu məsələ ilə bağlı açıqlamasında İsrailə silah göndərmədiklərini bir daha təkrarlayaraq, Ravenna limanındakı konteynerlərlə bağlı bildirib: “Bunlar İtaliya istehsalı silah və sursat deyil”.

Seçilən
18
1
operativmm.az

2Mənbələr