AZ

Sankt-Peterburqda külli miqdarda kokain aşkarlanıb

Sankt-Peterburq limanında Ekvadordan gəlmiş banan yüklü gəmidə 1,5 tondan çox çəkidə kokain aşkar edilərək müsadirə olunub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Məlumata görə, xarici tərəfdaşlardan daxil olan məlumat əsasında “Cool Emerald” adlı gəmidəki konteyner yoxlanılıb. Nəticədə konteynerdə 1500 ədəd briketdə qablaşdırılmış, xalis çəkisi 1515 kiloqram olan kokain aşkarlanıb.

"Cebheinfo.az" 

Seçilən
67
3
cebheinfo.az

5Mənbələr