AZ

Bu çin maşınları geri çağırılır

18 min "Geely" avtomobili geri çağırılacaq.

Milli.Az xəbər verir ki, Rusiyada "Geely Motors" şirkəti 1 noyabr 2023-cü ildən sonra satışa çıxarılan təxminən 17,7 min "Geely Emgrand" avtomobilini geri çağıracaq.

Bu barədə "Rosstandart" məlumat verib.

Bildirilir ki, geri çağırmanın səbəbi ventilyasiya klapanı ilə bağlı problemdir. Bəzi "Geely Emgrand (SS11-A1)" avtomobillərində müəyyən hərəkət şəraitində yanacaq çəninin doldurma qapağında yerləşən ventilyasiya klapanı düzgün işləməyə bilər. Bu isə sistemdə mənfi təzyiqin (vakum) yaranmasına səbəb olur.

İsmayıl
Milli.Az

Seçilən
23
2
milli.az

3Mənbələr