AZ

Bakı Vaşinqton münasibətləri strateji müttəfiqliyi ehtiva edir Deputat

Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Yaxın aylarda ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlıq müqaviləsi imzalanacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

"Avqustun 8-də Azərbaycan Prezidentinin Vaşinqtonda apardığı tarixi danışıqlar və razılaşmalardan sonra Bakı ilə ABŞ arasında münasibətlər yüksək səviyyəyə qalxıb. ABŞ Prezidenti Azərbaycan dövlət başçısını müdrik, ağıllı, güclü rəhbər kimi qəbul edir", deyə deputat bildirib. 

Ekspert qeyd edib ki, Bakı ilə Vaşinqton arasında ikitərəfli münasibətlərin yüksək səviyyəyə qalxmasının artıq real nəticələrini də görürük:

"Bu günlərdə ermənipərəst mövqe ortaya qoyan konqresmen Bred Şerman Azərbaycana qarşı iki istiqamətdə hücuma keçmək istədi. Konqresdə Dövlət Departamentilə bağlı müzakirələr gedir. Həmin müzakirələrin gedişində Şerman iki düzəliş təklifilə çıxış edib. Biri Azərbaycana Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının ayırdığı maliyyə yardımlarının qarşısını almaq, digəri isə Donald Trampın bədnam "907-ci düzəliş"in fəaliyyətini dayandırmaqla bağlı səlahiyyətinin aradan qaldırılmasını özündə ehtiva edirdi. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi isə həmin təklifləri rədd edərək, onun plenar iclasa çıxarılmasına da imkan vermədi. Bu isə bir daha onu təsdiqləyir ki, Bakı-  Vaşinqton münasibətlərinin yüksək səviyyəsi həmin reallığı təmin edib".

Elman Nəsirov onu da xatırladıb ki, yaxın aylarda ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlıq müqaviləsi imzalanacaq:

"Növbəti dəfə erməni lobbisi məğlub vəziyyətlə üz-üzə qaldı. Yaxın aylarda həmçinin Azərbaycan-ABŞ strateji tərəfdaşlığı ilə bağlı da mühüm sənəd imzalanacaq. Bu kimi sənədlərin imzalanması və münasibətlərin strateji səviyyətə yüksəlməsi erməni lobbisi və diasporunun anti-Azərbaycan addımlarının qarşısını almaqda mühüm rol oynayır. Artıq bunun konkret təsdiqini Şermanın müəllifi olduğu düzəlişlərin rədd edilməsinə gördük".

Qeyd edək ki, ABŞ Nümayəndələr  Palatasının komitəsi anti-Azərbaycan düzəlişlərini rədd edib. Belə ki, ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi Dövlət Departamentinin yenidən səlahiyyətləndirilməsi prosesi çərçivəsində nəzərdən keçirilən qanun layihələrinə iki düzəlişi rədd edib. Hər iki layihə açıq şəkildə anti-Azərbaycan xarakterli idi və uzun müddətdir, erməni lobbisinin təsiri altındakı Kaliforniyadan olan ermənipərəst demokrat konqresmen Bred Şerman tərəfindən hazırlanmışdı.

Birinci düzəliş ABŞ-nin Beynəlxalq İnkişaf Maliyyələşdirmə Korporasiyasına Azərbaycandakı layihələrə hər hansı dəstək verməyi qadağan etməyi, ikinci düzəliş isə ABŞ Prezidentinin "Azadlığa Dəstək Aktı"na 907 saylı düzəlişin təsirini dayandırmaq səlahiyyətlərinin ləğv olunmasını təklif edirdi ki, bu da Azərbaycana Amerika yardımının göstərilməsini qadağan edir. 

Rüfət Sultan

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
qaynarinfo.az

1Mənbələr