1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Dekabrın 30-da 41 yaşı tamam olan dördqat NBA çempionu Lebron Ceyms tezliklə karyerasına son qoyacağını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə ESPN məlumat verib.
"Mən bilirəm ki, artıq tükənmişəm. Daha 23 il oynamaq istəmirəm, bu, dəqiqdir. Mən mütləq hər şeyin bitdiyi o ana hazırlaşıram, amma hələ o mərhələyə çatmamışam. Karyeramın yekunlaşmasına az qalıb, amma hələ o an gəlib çatmayıb", - Ceyms bildirib.
Lebron NBA-da 23-cü mövsümdə oynayaraq Vins Karterin rekordunu qıracaq.
Ötən mövsüm Lebron 20 yaşlı oğlu Bronni ilə birlikdə "Leykers"də çıxış edib. Onlar NBA tarixində ilk ata-oğul dueti olublar.
2018-ci ildən "Leykers"də çıxış edən Lebron Ceyms tarixin ən yaxşı basketbolçularından biri hesab olunur.