AZ

Cəlil Xəlilov: Dövlət suverenliyinin tam bərpa edilməsi Azərbaycan dövlətinin və xalqının ikiqat uğuru oldu

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 19 sentyabr, AZƏRTAC

2023-cü ilin sentyabrın 19-20-sini əhatə edən dövlət suverenliyinin tam bərpası ilə nəticələnən əməliyyat xalqımızın və dövlətimizin 8 Noyabr Zəfərindən sonra əldə etdiyi ən böyük uğurdur.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.

O deyib ki, bu əməliyyat ölkəmizin suverenliyini bərpa etməklə yanaşı, bölgədəki separatizmə də son qoyub. “2023-cü ilin dövlət suverenliyinin tam bərpası əməliyyatı həm hərbi, həm də siyasi nəticələrinə görə olduqca unikal və təkrarsızdır. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu əməliyyat nəticəsində respublikamızın suverenliyi tam bərpa olundu. Bölgədə uzun müddət mövcud olmuş separatizmə son qoyuldu. Bu, Azərbaycan dövlətinin və xalqının ikiqat uğuru, nailiyyəti oldu. Bu gün suverenliyimizin tam bərpasından iki il ötür. Hazırda respublikamızın hər bir guşəsində Azərbaycanın üçrəngli Bayrağı dalğalanır. Vaxtilə xalqımıza qarşı ağır cinayətlər törətmiş erməni separatçıları bu gün Bakı Hərbi Məhkəməsində qanlı əməllərinə görə cavab verməkdədirlər. Onlar xalqımıza qarşı törətdikləri cinayətləri bütün dünyanın gözləri qarşısında etiraf edirlər. Bütün bunlar dövlətimizin gücünün, Prezidentimizin qətiyyətinin isbatıdır. Unutmamalıyıq ki, gələcək uğurlarımızın açarı birliyimiz və həmrəyliyimizdir”, - deyə C. Xəlilov vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
3
azertag.az

5Mənbələr