AZ

"Formula-2" kateqoriyasında sıralama turunda dəhşətli qəza baş verdi, yarış dayandırıldı — FOTOLAR (YENİLƏNİB)

"Formula-2" kateqoriyasında sıralama turunda dəhşətli qəza baş verib.

Oxu.Az xəbər verir ki, Roman Stanekin idarə etdiyi bolid Con Bennetin idarə etdiyi bolidlə toqquşub.

Nəticədə sıralama turu qırmızı bayraqla dayandırılıb və daha bərpa olunmayacaq.

***
15:01

ART GP komandasının fransalı sürücüsü Viktor Martenin idarə etdiyi bolidin qəzaya uğraması səbəbi ilə dayandırılan "Formula-2" sıralama turu davam edir.

Oxu.Az xəbər verir ki, bolid kran vasitəsilə trekdən kənarlaşdırılıb və bundan sonra yürüş davam edib.

***
14:45

"Formula-2" kateqoriyasında sıralama turunda qəza baş verib.

Oxu.Az xəbər verir ki, ART GP komandasının fransalı sürücüsü Viktor Martenin idarə etdiyi bolid 3-cü döngədə qəzaya uğrayıb və alışıb. Nəticədə sıralama turu qırmızı bayraqla dayandırılıb.

***
14:05

"Formula-2" kateqoriyasında sıralama turu başladı.

Oxu.Az xəbər verir ki, turun nəticəsinə görə şənbə və bazar günlərində keçiriləcək yarışlarda komandaların start düzülüşü formalaşacaq.

Seçilən
9
2
demokrat.az

4Mənbələr