AZ

AZAL “Airbus A320neo” tipli sərnişin təyyarəsi aldı

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) donanmanın uzunmüddətli modernləşdirmə strategiyası çərçivəsində yeni “Airbus A320neo” tipli sərnişin təyyarəsini hava gəmiləri parkına əlavə edib.

XəzərNews.az "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinə istinadla xəbər verir ki, yeni təyyarə sərnişinlərin rahatlığını ən yüksək səviyyədə təmin etməklə yanaşı, aviaşirkətin əməliyyat səmərəliliyini artıracaq və ətraf mühitə təsirini azaldacaq.

Xəbər 35 dəfə oxunub.
Seçilən
6
1
xezernews.az

4Mənbələr