AZ

Türkiyədə bu şəxslərə şəhid statusu veriləcək

Türkiyədə 2025-ci ildə meşə yanğınları ilə mübarizə zamanı həyatını itirən könüllülər və vətəndaşlar şəhid sayılacaq.

Milli.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, Türkiyədə meşə yanğınlarıyla mübarizə könüllülərinə dair yeni dəyişikliklər qüvvəyə minib.

Bununla da, meşə işçiləri və könüllüləri ilə yanaşı, yanğınlarla mübarizə zamanı həlak olan digər könüllülər və vətəndaşlara da rəsmi olaraq şəhid statusu veriləcək.

Milli.Az

Seçilən
16
milli.az

1Mənbələr