AZ

Avokado gözləri bu xəstəliklərdən qoruyur FAYDALARI

Lent az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avokadonun faydaları haqqında çoxumuz eşitmişik, amma onların nədən ibarət olduğunu hamı bilmir.

Lent.az bu faydaları təqdim edir:

Göz sağlamlığı üçün əsl “dərman”

Avokado kalium, lif və niasinlə zəngindir bunlar orqanizmdə iltihabı azaldır. Bundan əlavə, bu meyvə lutein və zeaksantin adlı bitki mənşəli qida maddələri ilə göz sağlamlığını qoruyur. Avokado həmçinin faydalı yağlar, karotinoidlər və A, E, K vitaminləri ehtiva edir. Bu maddələr gözləri qoruyur və görmə itkisinə səbəb ola biləcək xəstəliklərlə məsələn, makulyar degenerasiya və diabetik retinopatiya ilə mübarizə aparır.

Beyin funksiyalarına təsiri

2017-ci ildə Nutrients jurnalında dərc edilmiş araşdırmaya görə, gündəlik avokado qəbulu diqqəti, yaddaşı və problem həll etmə bacarıqlarını yaxşılaşdırır. 6 ay davam edən sınaqlardan sonra iştirakçılarda:

lutein səviyyəsi artıb,

makulyar piqmentin sıxlığı yüksəlib,

bu isə daha yüksək idrak qabiliyyətləri ilə əlaqələndirilib.

Artıq çəki və piylənməsi olan insanlarda avokadonun təsiri araşdırılıb. 12 həftə ərzində gündəlik avokado yeyən iştirakçılar diqqət və konsentrasiya tələb edən tapşırıqlarda daha yaxşı nəticələr göstəriblər.

Avokado yalnız göz sağlamlığını deyil, həm də beyin fəaliyyətini dəstəkləyir. Alimlər bunun yalnız luteinlə izah olunmadığını, həm də meyvədəki faydalı yağlar, lif və digər qida maddələrinin bu təsirə töhfə verdiyini vurğulayırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
lent.az

1Mənbələr