AZ

Ermənistanın MTX rəhbəri Bakıda keçiriləcək Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak edəcək

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə 19–21 sentyabr tarixlərində Bakıda keçirilən 3-cü Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak edəcək. Bu barədə Ermənistan mətbuatı ölkəninrəsmi mənbələrinə istinadla  məlumat yayıb.

Forumda regional və beynəlxalq təhlükəsizlik, sərhəd nəzarəti, informasiya təhlükəsizliyi və terrorizmə qarşı mübarizə kimi məsələlər müzakirə ediləcək.

Tədbirdə bir sıra ölkələrin təhlükəsizlik strukturlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlər iştirak edir.

Gülnar

Seçilən
53
20
anews.az

9Mənbələr