AZ

Qubadakı qəzada sürücünün 13 yaşlı qızı həyatını itirdi - TƏFƏRRÜAT

Xəbər verildiyi kimi Bakı-Quba yolunun Qubanın Mirzəqışlaq kəndindən keçən  hissəsində dəhşətli qəza baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza ilə bağlı bəzi təfərrüatlar məlum olub.
 

Belə ki, Qubanın Küçeyi kənd sakini, 30 yaşlı Təbriz Akif oğlu Qürbətovun idarə etdiyi Kia markalı avtomaşınla həmkəndlisi, 50 yaşlı Salman Zümür oğlu Əmirovun idarə etdiyi Vaz-2109 markalı avtomaşın toqquşub.


Nəticədə sürücü Salman Əmirovun 13 yaşlı qızı Aytən Əmirova hadisə yerində həyatını itirib. Sürücünün atası isə müxtəlif xəsarətlərlə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktı Quba rayon polis şöbəsi araşdırır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
18
bizim.media

1Mənbələr