AZ

Azər Allahverənov Kürdəxanı qəsəbəsində növbəti görüşünü keçirib

Xalqcebhesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

18 Sentyabr 2025-ci il tarixində VII çağırış Milli Məclisin deputatı Azər Allahverənov Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində növbəti görüşünü keçirib. Görüş Kürdəxanı Bələdiyyəsinin inzibati binasında təşkil olunub.

Görüş zamanı qəsəbənin mövcud vəziyyəti, sakinlərin gündəlik həyatına təsir edən aktual məsələlər – sosial rifah, işsizlik, təhsil məsələləri, həmçinin infrastrukturla bağlı mövcud çətinliklər ətrafında geniş müzakirələr aparılıb.

Deputat Azər Allahverənov Kürdəxanı Bələdiyyəsinin səlahiyyətli nümayəndələri ilə birlikdə sakinləri narahat edən məsələlərin operativ şəkildə həlli istiqamətində fikir mübadiləsi aparıb, bəzi problemlərin aidiyyəti qurumlar qarşısında qaldırılması üçün atılması vacib sayılan konkret addımlar spektrini müəyyənləşdirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
1
icma.az

2Mənbələr