Böyük Britaniyada Kraliça Kamilla və gəlini - Uels şahzadəsi Keyt Middleton arasında gərgin anlar yaşanıb.
Redaktor.az xəbər verir ki, hadisə ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Trampın Britaniyaya səfəri çərçivəsində baş verib.
Belə ki, Keyt Kamilla və Melaniyanın yanına gələrək ABŞ-nin birinci xanımı ilə söhbət etməyə başlayır. Yaranan vəziyyət Britaniya Kraliçasının xoşuna gəlmir və əli ilə Keytə oradan uzaqlaşmasını göstərir, Uels şəhzadəsi də dərhal kənara çəkilir.
Hadisənin yayılan görüntüləri sosial şəbəkədə müzakirələrə səbəb olub.
Kral ailəsi isə sözügedən hadisə ilə bağlı heç bir açıqlama verməyib.
Bir sıra mənbələr isə bildirir ki, Keytlə Kamilla arasındakı soyuq münasibətin səbəbi hakimiyyət mübarizəsidir.
Həmin görüntüləri təqdim edirik: